
AFFA-nın dəstəyi və Əlillər Futbolu Federasiyasının təşkilatçılığı ilə eşitməqüsurlu əlillərdən ibarət komandalar arasında keçirilən Beynəlxalq Əlillər Gününə həsr olunmuş futzal turnirinə yekun vurulub. Sportnet.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, Azərbaycan Texniki Universitetinin idman kompleksində keçirilən turnirin qalibi son turda "Ümid" komandasını 13:12 hesabı ilə məğlub edən "Birlik" komandası olub. "Zirvə" ikinci, "Şimşək" komandası isə üçüncü yeri tutub.