![]()
UEFA-nın baş katibinin müavini Teodor Teodoridis Bakıya 1 günlük səfərə gəlib. Sportnet.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, UEFA rəsmisi bu gün AFFA-nın prezidenti Rövnəq Abdullayevlə görüşüb.
Görüşdə AÇ-2020-nin Bakıda keçiriləcək oyunları ilə bağlı təşkilati məsələlər, regionda futbolun inkişafı və Avropa Liqasının qrup mərhələsində keçirilmiş "Qarabağ” – "İnter” oyunu müzakirə olunub.
AFFA-nın vitse-prezidenti Elşad Nəsirov və baş katib Elxan Məmmədov görüşdə iştirak edib. 
	
	
	
	










                 




    
    
    
    
    
    
    
    
    





















































