
"Sərhədçi” İdman Olimpiya Mərkəzində sərbəst və yunan-Roma güləşi üzrə böyüklər arasında Azərbaycan çempionatı başa çatıb. Sportnet.az-ın məlumatına görə, son yarış günündə yunan-Roma güləşi üzrə 75, 80, 85, 98 və 130 kq çəki dərəcələrində 70 pəhləvan mübarizə aparıb.
75 kq FİNAL. Samran Nəsibov - Niyaməddin İbrahimov 0:9 Bürünc medal görüşü. Şəmistan Quluzadə - Nicat Sadıqov 4:1 Bürünc medal görüşü. Əmrah Mazanov - Hacımurad Bağmanov 5:2 |
|
80 kq FİNAL. Rafiq Hüseynov - Elvin Mürsəliyev 2:2* Bürünc medal görüşü. Emil Həmidov - Fuad Əliyev 0:4 Bürünc medal görüşü. Məhəmmədəli Məhəmmədəliyev - Emin Əhmədov 7:5 85 kq FİNAL. İslam Abbasov - Şəhriyar Məmmədov 5:0 Bürünc medal görüşü. Anar Rəsulzadə - Tural Daşdəmirov 0:5 Bürünc medal görüşü. Orxan Qətranov - Soltan İsmayılov 0:5 98 kq FİNAL. Türmən Eyyubov - Zamir Məhəmmədov 1:0 Bürünc medal görüşü. Əli Həsənov - Namik Kamilov 2:0 Bürünc medal görüşü. Rüfət Hüseynov - Saman Təhmasibi +:- (zədə) |
|
130 kq FİNAL. Valera Rodriqes - Sabah Şəriəti 0:5 Bürünc medal görüşü. Rza Abdullazadə - Səbuhi Hümbətov 6:3 Bürünc medal görüşü. Hacımurad Çöpsiyev - Qoşa Davitadze 2:4 |
Çəki dərəcələri üzrə ilk 3 yeri tutmuş idmançılar AGF tərəfindən müvafiq diplom, medal və pul mükafatı ilə təltif olunub, həmin güləşçilər ölkə yığma komandasının heyətinə cəlb ediləcək və tam dəst idman geyimi ilə təmin olunublar.












