1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Avropa Oyunları öncəsi Xaçmazda
Yunan-Roma güləşçilərimiz Avropa Oyunları öncəsi Xaçmazdaunan-Roma güləşi üzrə böyüklərdən ibarət yığma komandanın üzvləri I Avropa Oyunlarına hazırlığı Xaçmaz Olimpiya İdman Kompleksində davam etdirir. Sportnet.az-ın məlumatına görə, mayın 7-dən başlayan təlim-məşq toplanışında baş məşqçi Cəmşid Xeyrabadi, böyük məşqçi Nurəddin Rəcəbov və məşqçi Akif Əliyevin rəhbərliyi ilə yığmanın bütün üzvləri iştirak edir.
Təlimlərə ümumilikdə 30 yaxın güləşçi dəvət olunub. Bununla yanaşı, məşqlərin səmərəsini artırmaq üçün üç gürcü pəhləvan da təlimlərə cəlb olunub. Məşqçilər korpusu gündə iki dəfə keçirilən məşqlərdə əsasən texniki hazırlıqlara üstünlük verir.
Komandanın böyük məşqçisi Nurəddin Rəcəbov bildirib ki, birinci Avropa Oyunlarına təxminən bir ay vaxt qaldığından fiziki təlimləri azaldaraq əsasən döşək üzərində fərdi məşqlər keçirilir. "Fevralda keçirilən dünya kuboku yarışlarında güləşçilərimiz qalib gəldiklərindən birinci Avropa Oyunlarına da çox iddialı qatılacaqlar. İdmançılarımızın hazırlığı yüksək səviyyədədir. Bunun müqabilində biz də əlimizdən gələni edirik ki, qatıldığımız hər bir yarışda yüksək yerlər qazanaq. Güləşçilərimiz ölkəmizdə keçiriləcək birinci Avropa Oyunlarında iştirakın məsuliyyətini tam dərk edirlər. Onların hər biri fəxri kürsünün ən yüksək pilləsinə qalxmağa iddialıdır”.
Yığma komandanın üzvü Elvin Mürsəliyev də birinci Avropa Oyunlarına hazırlığın yüksək səviyyədə keçdiyini bildirərək deyib: "Qarşıdakı yarışa çox ciddi hazırlaşırıq. Doğma meydanda azarkeşlərimiz qarşısında çıxış etmək bizə əlavə güc verəcək. Ümidləri doğruldub birinci olmağa çalışacağıq. Birinci Avropa Oyunlarının Bakıda təşkil olunması bu ölkənin vətəndaşı kimi məni çox qürurlandırır”.
Təlim-məşq toplanışı mayın 17-dək davam edəcək.