
Bu gün AFFA-nın Futbol akademiyasında UEFA-nın A kateqoriyalı məşqçi kursunu müvəffəqiyyətlə başa vurmuş mütəxəssislərə müvafiq diplom verilib. Sportnet.az-ın məlumatına görə, bu barədə AFFA-nın rəsmi saytı xəbər verib.
Diplomları AFFA-nın İcraiyyə Komitəsinin üzvü Vaqif Sadıqov və Texniki direktor Bernhard Lippert təqdim edib.