Bakının "İnter" klubu gürcüstanlı müdafiəçi Aleksandr Amisulaşvili ilə münasibətlərini rəsmiləşdirib. Sportnet.az-ın məlumatına görə, təcrübəli futbolçu ilə 1 illik müqavilə bağlanılıb.
Klub prezidenti Georgi Nikolov Amisulaşviliyə yeni komandada uğurlar arzulayıb. Oyunçu isə "İnter"ə keçidinə sevindiyini açıqlayıb: "İnter"in sıralarına qoşulduğum ilk gündən hər şey xoşuma gəldi. Komandanın çox mehriban kollektivi var. Çox istərdim ki, avrokuboklarda və ölkə çempionatında yaxşı çıxış edək. Yeni komandama uğur qazanmaq üçün öz köməyimi əsirgəmiyəcəyəm".

Qeyd edək ki, Aleksandr Amisulaşvili "İnter"də 5 nömrəli formanı geyinəcək.