Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) baş ofisinə səfərində onu xanımı, Bakı 2015 İlk Avropa Oyunları üzrə Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və gənclər və idman naziri Azad Rəhimov müşayiət ediblər. Sportnet.az-ın məlumatına görə, qonaqları BAOƏK-in baş əməliyyat direktoru Saymon Kleqq və onun müavini Mayk Loynd qarşılayıblar.
Onlar dövlət başçısına komitənin fəaliyyəti haqqında ətraflı məlumat veriblər.
Onlar dövlət başçısına komitənin fəaliyyəti haqqında ətraflı məlumat veriblər.
Daha sonra Prezident İlham Əliyev Oyunlar Əməliyyatlarına Dəstək Mərkəzində işlərin gedişi və baş ofisdə işçilər üçün yaradılan şəraitlə yaxından tanış olub.
Prezident İlham Əliyev BAOƏK-in əməkdaşları qarşısında çıxış edərək onlara işlərində uğurlar arzuladı. Dövlət başçısı birinci Avropa Oyunlarının yüksək səviyyədə keçiriləcəyindən əmin olduğunu bildirib.
Sonda dövlət başçısı İlham Əliyev və xanımı Mehriban Əliyeva əməliyyat komitəsinin kollektivi ilə xatirə şəkli çəkdiriblər.