
"Qarabağ" növbəti transferini reallaşdırıb.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Ukraynanın “Şaxtyor” (Donetsk) klubu ilə müqaviləsi bitdikdən sonra azad agent statusu daşıyan Aleksey Kaşuk heyətə cəlb edilib.
Ağdam təmsilçisi ilə 24 yaşlı hücumameylli yarımmüdafiəçi arasında 3 illik müqavilə imzalanıb.
"Şaxtyor"un yetirməsi olan Aleksey Kaşuk 2019-2022-ci illərdə icarə əsasında ölkəsində “Mariupol”un, 2022-2023-cü il mövsümündə isə Azərbaycanda “Sabah”ın formasını geyinib. Ukraynanın aşağı yaş qrupu üzrə bütün yığmalarında çıxış etmiş yarımmüdafiəçi 2019-cu ildə 20 yaşadək futbolçulardan ibarət milli komandalar arasında keçirilən dünya çempionatının qalibi olub.