İspaniyanın "Barselona" klubu qadınlardan ibarət komandanın üzvü və ən yaxşı bombardiri Aitana Bonmati ilə müqavilə müddətini uzadıb.
Sportnet.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 26 yaşlı futbolçu ilə 2028-ci ilə qədər anlaşma imzalanıb.
A.Bonmati Kataloniya təmsilçisinin heyətində 275 oyun keçirib və 96 qol vurub.
Qeyd edək ki, ötən il "Qızıl top" qazanan futbolçu "Barselona" ilə birlikdə ümumilikdə 23 kubok əldə edib.