Azərbaycan II Liqasının VII turunda "Şəfa" ilə matçda meydana çıxmayan "Lerik" klubunun cəzası bəlli olub.
Sportnet.az Peşəkar Futbol Liqasının saytına istinadən xəbər verir ki, cənub təmsilçisi səfər oyununa gəlmədiyi üçün 0:3 hesablı texniki məğlubiyyət alıb.
Bundan başqa, Vidadi Hüseynovun baş məşqçisi olduğu klub 300 manat cərimələnib.
Qeyd edək ki, "Lerik" II Liqada 7 xalla 10-cu sırada qərarlaşıb.