
UEFA Millətlər Liqasının C Divizionunda Slovakiya (16 noyabr) və Azərbaycanla (19 noyabr) qarşılaşacaq İsveç milli komandasının heyətində dəyişiklik baş verib.
Sportnet.az xəbər verir ki, Emil Kraft (“Nyukasl”, İngiltərə) və Erik Smit (“Sankt-Pauli”, Almaniya) komandadan kənarlaşdırılıb. Hər iki futbolçu zədəlidir və onların əvəzinə müdafiəçi Emil Holm (“Bolonya”, İtaliya) və yarımmüdafiəçi Samuel Dal (“Roma”, İtaliya) yığmaya cəlb edilib.
Qeyd edək ki, noyabrın 19-da Solna şəhərindəki “Strouberri Arena” stadionunda keçiriləcək İsveç - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.