
"Qarabağ" Azərbaycan Kubokunun 1/8 final mərhələsinin "Qəbələ" ilə oyunu üçün səfərə yollanıb.
Sportnet.az xəbər verir ki, Ağdam klubu Qəbələyə təyyarə ilə uçub. Bu addım futbolçuların uzaq yolda yorulmaması üçün atılıb.
Qeyd edək ki, bu gün keçiriləcək oyun saat 16:00-da başlayacaq.
Azərbaycan kuboku
1/8 final
4 dekabr (çərşənbə)
16:00. "Qəbələ" – "Qarabağ" - 0:2
Qollar: Abdullah Zubir, 7, Murad Musayev, 90+1 (avtoqol)