"Futbolçulardan və onların göstərdikləri əzmkarlıqdan çox razı qaldım".
Sportnet.az xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Samir Abasov "Difai"yə 6:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyunundan sonra mətbuat konfransında deyib.
Mütəxəssis böyükhesablı qələbəyə görə futbolçularına təşəkkür edib: "Bu cür oyunlarda meydandakı nizam-intizam çox önəmlidir. Xüsusilə göstərilən əzmkarlıq sevindiricidir. Bu gün buna ehtiyacımız var. Rəqib I Liqa komandası olmasına baxmayaraq, çox yaxşı oyun alındı. Adımızı təmsil edirik, bunu qoruyub saxlamalıyıq. Futbolçulardan və onların göstərdikləri əzmkarlıqdan çox razı qaldım. Belə də davam edəcəyik”.
Qeyd edək ki, "Neftçi" 1/4 finalda "Kəpəz"lə qarşılaşacaq.