"Qarşılaşmada 120 dəqiqə ərzində üstün tərəf biz idik".
Sportnet az xəbər verir ki, bunu "Sumqayıt"ın baş məşqçisi Vaqif Cavadov MOİK-ə 3:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyunundan sonra mətbuat konfransında deyib.
Gənc mütəxəssis gərgin oyun izlədiklərini bildirib: "Bir az gərgin oyun izlədik. Baxmayaraq ki, rəqibin bir-iki baxımlı hücumu oldu. Komandam sonadək öz gücünü göstərdi. MOİK-ə də qarşıdakı oyunlarda uğurlar arzulayıram. Qəzənfər Abbasov gözəl komanda formalaşdırıb. Futbolçularımı təbrik edirəm. Yolumuza inamla davam edəcəyik".
Qeyd edək ki, "Sumqayıt" 1/4 finalda "Sabah"a rəqib olub.