Ötən gün İtaliya A Seriyasının XV turunda “Parma”ya qalib gələn (3:1) “İnter” 11 il sonra rəqibini doğma meydanda məğlub etməyi bacarıb.
Sportnet.az xarici mətbuata istinadən xəbər verir ki, Milan klubunun ölkə çempionatında “Parma” üzərində “Cuzeppe Meatsa” stadionunda sonuncu qələbəsi 2013-cü ilin aprelin 21-nə təsadüf edib. Həmin görüşdə “nerazzurrilər” 1:0 hesabı ilə qalib gəlib.
Komandalar arasında 2012-2013-ci illər mövsümündən sonra İtaliya A Seriyasında 5, ölkə kubokunda isə 1 matç keçirilib.
Simone İnzaqinin kollektivi İtaliya Kuboku çərçivəsində yalnız ötən il evdə keçirilmiş matçın əlavə vaxtında rəqibini 2:1 hesabı ilə məğlub edib. A Seriyasında reallaşan 5 oyunun 3-ü heç-heçə ilə yekunlaşıb. İki qarşılaşmada isə qonaqlar sevinən tərəf olublar.