
"Sumqayıt" klubunun azarkeşləri "Neftçi" ilə Azərbaycan Premyer Liqasının XVI tur matçında hazırda rəqib komandaya rəhbərlik edən Samir Abasovu hədəfə alıblar.
Sportnet.az xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunmuş qarşılaşma zamanı yerli fanatlar "Samir kimilər gəldi gedər, Sumqayıtımız bizə yetər!" yazılmış pankart nümayiş etdiriblər. Daha sonda isə onlar 'Şərəfsiz Samir" deyə şüarlar səsləndiriblər.
Bunu görən Samir Abasovun köməkçisi Seymur Rəhimov həmin sektora yaxınlaşaraq, barmaq silkələyib. Nəticədə azarkeşlər "Samir Abasov" deyə qışqırmağa başlayıblar və şüarı yığışdırıblar.
Lakin bir müddət sonra əks sektordakı "Sumqayıt"ın rəsmi fan-klubu "Samir, gəl bura, bir az mırtlaşaq" deyə qışqırıb.
Qeyd edək ki, hələlik hesab açılmayıb - 0:0.