Zaqatalanın "Simurq" klubu yeni mövsümün hazırlıqlarına iyulun 27-də start verəcək. Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, toplanışın ilk mərhələsi Sloveniyanın Paxorye rayonunda olacaq.
Komanda üzvləri Roqla dağındakı "Natura" otelində məskunlaşacaqlar. Hazırlıq planına uyğun olaraq, burada əsasən fiziki gücün bərpası və artırılmasından ibarət məşqlər keçiriləcək. Baş məşqçi Georgi Çixradzenin komandası iyulun 6-da, 9-da və 12-də yoldaşlıq görüşlərinə çıxacaq. Sonuncu yoxlama matçından bir gün sonra isə "Simurq" Vətənə qayıdacaq.

Toplanışın ikinci mərhələsinə iyulun 17-də start veriləcək. Avstriyada planlaşdırılan hazırlıq avqustun 1-dək davam edəcək. Həmin ölkədə "Simurq" beş yoxlama görüşü keçirməyi planlaşdırır. Bundan sonra "sarı-qaralar" ölkəyə qayıdacaq və avqustun 4-də Zaqatalada bir araya gələrək, 2014/2015-ci il mövsümünün ilk turunun hazırlıqlarını davam etdirəcək.
Rəqibləri haqqında yaxın günlərdə ətraflı məlumat veriləcək. Həmçinin hazırlıq dövründə Zaqatala təmsilçisi transfer çalışmalarını da, davam etdirəcək. Baxışa dəvət olunmuş futbolçular artıq Sloveniya toplanışından etibarən düşərgəyə gələcəklər.