"Sabah" klubunun sabiq baş məşqçisi Murad Musayev qalmaqallı hərəkəti ilə gündəmə gəlib.
Sportnet.az xəbər verir ki, hakimlərlə tez-tez mübahisə edən və buna görə vərəqələrlə cəzalandırılan 41 yaşlı mütəxəssis bu dəfə ölkəsində eyni hərəkəti ilə diqqət mərkəzinə düşüb.
Hazırda lider "Krasnodar"ın baş məşqçisi olan Musayev "Lokomotiv"ə qarşı keçirilən Premyer Liqanın XVIII tur matçında (0:0) qırmızı vərəqə alıb.
Rusiya Futbol Federasiyasının Nəzarət-İntizam Komitəsinin sədri Artur Qriqoryants bildirib ki, Musayev həmin matçın 90-cı dəqiqəsində köməkçi hakimin ünvanına nalayiq ifadələr işlədib. Bu səbəbdən mütəxəssis komitənin iclasına dəvət olunub.
Xatırladaq ki, Murad Musayev 2021-2024-cü illərdə Bakıın "Sabah" klubunun baş məşqçisi işləyib.