Bolqarıstanın yüksək liqa təmsilçisi "Arda" klubu Azərbaycan millisinin futbolçusu Cəlal Hüseynovla yolları ayırıb.
Sportnet.az xəbər verir ki, bu barədə klubun yaydığı açıqlamada bildirilib. 21 yaşlı müdafiəçi ilə müqavilə qarşılıqlı şəkildə ləğv olunub.
C.Hüseynov karyerasını yenidən Azərbaycanda davam etdirəcək. Məlumatda bildirilib ki, o, "Şamaxı" klubunda çıxış edəcək.
Azərbaycanlı futbolçu 2023-cü ilin yayından "Arda"da çıxış edirdi. O, bu komanda ilə bütün turnirlərdə 45 matçda iştirak edib, 1 qol vurub.
Qeyd edək ki, C.Hüseynov "Arda"ya keçməzdən əvvəl Azərbaycanda "Zirə" və "Şamaxı"da oynayıb.