“Zirə” klubu məşqçi Borçe Xristovla yollarını ayırıb.
Sportnet.az xəbər verir ki, Şimali Makdeoniya Futbol Federasiyasının müraciətini nəzərə alan komanda rəhbərliyi mütəxəsislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib.
O, karyerasını vətənində davam etdirəcək. Xristov Şimali Makedoniya Futbol Federasiyasının təhsil mərkəzinin direktoru vəzifəsində çalışacaq və yeniyetmələrdən ibarət milli komandaların strategiyası və hazırlığına rəhbərlik edəcək.
“Zirə” Borçe Xristova komandamıza göstərdiyi xidmətlərə görə təşəkkür edib, ona gələcək karyersında uğurlar arzulayıb.