"Rəhbərlikdən də deyirlər ki, məsələ sonluğa doğru gedir. Dünən və bu gün rəhbərlikdən heç kimi görməmişik. Ona görə də bir söz deyə bilməyəcəm".
Sportnet.az xəbər verir ki, bu sözləri"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Zirə"yə 4:2 hesabı ilə qalib gəldikləri yoxlama oyunundan sonra jurnalistlərə açıqlamasında deyib.
Juninyunun mümkün transferi ilə bağlı danışan mütəxəssis onun “Sevilya”ya getməsini daha çox istədiyni bildirib: "Amma Juninyo tərəfdən baxsaq, bəlkə də düzgün qərar qəbul edir. Çünki braziliyalıdır. Braziliyanın ən böyük klublarından birinə gedir. Orada rəhbərlik də dəyişib. “Flamenqo”nun baş məşqçisi futbolçu kimi çox böyük uğurlar əldə etmiş biri olub. Birbaşa özü ilə təmasda olub və ona bəzi fikirlərini çatdırıb. Burada söhbət tam maliyyədən getmir. Braziliya mentaliteti rol oynayır. Braziliyadan da ona diqqət çox idi. Bəzi amillər var, hansı ki, onu mən bilmirəm. Ola bilər ki, braziliyalı olması “Flamenqo” seçiminə təsir edib".
Qeyd edək ki, Braziliya mətbuatının iddiasına görə "Qarabağ" Juninyonun keçidi ilə bağlı "Flamenqo" ilə 5 milyon avroya razılıq əldə edib.