ASTA-nın prezidenti Rafael Bünyatov "Mingəçevir" klubuna sponsorluq etmələrinin səbəbini açıqlayıb.
Sportnet.az xəbər verir ki, funksioner onlara bir neçə klubun təklif olunduğunu, lakin keçmiş SSRİ vaxtında Mingəçevirdə Olimpiya bazası olduğu və digər imkanlarını nəzərə alaraq, eyniadlı komandanı seçdiklərini diqqətə çatdırıb.
ASTA-nın 2 ildir fəaliyyət göstərdiyini söyləyən Bünyatov hər il 15-dək uşağı İspaniyada "Marset" akademiyasında göndərdikləri vurğulayıb. O, qarşıdakı 2 il ərzində klubu Azərbaycan Premyer Liqasına hazırlamaq, uşaq futbol akademiyası qurmaq və regionu futbol ətrafında birləşdirmək, yeni iş yerləri açmaq istəklərini dilə gətirib.