Dövrələrarası fasilədə transfer çalışmalarını davam etdirən "Sumqayıt" komandası heyətini yeni futbolçu ilə gücləndirib.
Sportnet.az-ın "gənclik şəhəri" təmsilçisinin rəsmi səhifəsinə istinadən məlumatına görə, son olaraq Gürcüstanın "Torpedo" (Kutaisi) klubunda çıxış etmiş qvineyalı hücumçu Momo Yansane ilə 1 il uzatmaq şərti ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.
Tibbi yoxlanışdan uğurla keçən 27 yaşlı forvard "Sumqayıt"ın heyətində 11 nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, Momo Yansane karyerası boyunca "Torpedo" ilə yanaşı "Nijni Novqorod" (Rusiya), "Şerif" (Moldova), "Riyeka" (Xorvatiya) kimi klublarda çıxış edib. O, Qvineyanın U-20 və əsas yığmalarına da dəvət alıb.