UEFA Çempionlar Liqasında XXI əsrin rekordu qeydə alınıb.
Sportnet.az "Opta Sport"a istinadən xəbər verir ki, bu, turnirin Liqa mərhələsinin VIII turunda gerçəkləşib.
Bir oyun günündə 64 qol vurulub. Daha əvvəl XXI əsrdə bu göstərici qeydə alınmayıb.
Turnir tarixinin rekordu isə 1970-ci ildə qeydə alınıb. Həmin vaxt Çempionlar Kubokunda (hazırkı Çempionlar Liqası) bir gündə 66 qol qeydə alınıb.
Qeyd edək ki, qitənin bir nömrəli klub turnirində pley-off mərhələsinin püşkü yanvarın 31-də atılacaq.