
Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyununda "Sabah" doğma meydanda "Sumqayıt"la qarşılaşıb.
Sportnet.az xəbər verir ki, “Bank Respublika Arena”da baş tutan matçda hesab açılmayıb.
Tərəflər arasında cavab matçı fevralın 27-də baş tutacaq.
Günün ilk qarşılaşmasında "Neftçi" "Kəpəz"i 2:0 hesabı ilə məğlub edib.
Qeyd edək ki, 1/4 final mərhələsinin ilk oyunlarına fevralın 6-da yekun vurulacaq.
-------------------------------------
Azərbaycan Kubokunda 1//4 final mərhələsinə start verilib.
Sportnet.az xəbər verir ki, ilk oyun Tovuz şəhər stadionunda "Kəpəz" və "Neftçi" komandaları arasında keçirilib.
Qarşılaşma “ağ-qaralar"ın qələbəsi ilə yekunlaşıb – 2:0. Paytaxt təmsilçisindən 35-ci dəqiqədə Ağadadaş Salyanski hesabı açıb, Yuri Matias isə 69-cu dəqiqədə son nöqtəni qoyub. Bu komandalar arasında cavab görüşü fevralın 28-də keçiriləcək.
-------------------
Bu gün Azərbaycan Kubokunda 1/4 final mərhələsinin ilk oyunları start götürəcək.
Sportnet.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.
Günün maraqla gözlənən görüşü Tovuzda “Kəpəz”lə əzəli rəqibi “Neftçi” arasında olacaq.
Digər oyunda “Sumqayıt” güclü rəqibi “Sabah”la səfər görüşündə sərfəli nəticə qazanmağa can atacaq.
Mərhələnin digər iki qarşılaşması sabah baş tutacaq.
Azərbaycan Kuboku
1/4 final, ilk oyunlar
5 fevral
16:00. “Kəpəz” – “Neftçi” - 0:2
Qollar: Ağadadaş Salyanski, 35. Yuri Matias, 69
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Elvin Bayramov
VAR: Rəvan Həmzəzadə
AVAR: Nicat İsmayıllı
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Rüfət Əmirov
Tovuz şəhər stadionu
18:30. “Sabah” – “Sumqayıt” - 0:0
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamran Əliyev
VAR: Rəşad Əhmədov
AVAR: Elşad Abdullayev
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Bəhram Qurbanov
“Bank Respublika Arena”
6 fevral
16:00. “Araz-Naxçıvan” – “Zirə”
Hakimlər:, Elçin Məsiyev, Pərvin Talıbov, Asiman Əzizli, Əli Əliyev
VAR: Nicat İsmayıllı
AVAR: Rəhman İmami
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov
“Liv Bona Dea Arena”
18:30. “Səbail” – “Qarabağ”
Hakimlər: Rauf Cabarov, Zöhrab Abbasov, Teymur Teymurov, Kamranbəy Rəhimov
VAR: Rauf Allahverdiyev
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: İlham Əliyev
“ASCO Arena”.