![](https://sportnet.az/uploads/posts/2025-02/medium/1739123256_sabah-turan.jpg)
Azərbaycan Premyer Liqasında XXII turun növbəti oyunu "Sabah" və "Turan Tovuz" komandaları arasında keçirilib.
Sportnet.az-ın məlumatına görə, "Bank Respublika Arena"da təşkil olunmuş görüş meydan sahiblərinin əzmkar qələbəsi ilə yekunlaşıb - 3:1.
Hesabı 15-ci dəqiqədə qonaq komandadan Aleks Souza açıb. Bir qədər sonra "Turan Tovuz" daha bir qol vursa da, baş hakim İnqilab Məmmədov epizod zamanı qayda pozuntusu qeydə alıb.
Fasilədən sonra "Sabah" fəallaşaraq, nəticəni öz xeyrinə dəyişməyi bacarıb. 50-ci dəqiqədə Pavol Şafranko penaltini dəqiq yerinə yetirib.
59-cu dəqiqədə isə Cesse Sekidika əks-hücumu qolla tamamlayıb. Bununla da qol sayını 8-ə çatdıran Sekidika bombardirlər siyahısında Coy-Lens Mikels və "Araz-Naxçıvan"dan Felipe Santosla bərabərləşib.
90+5-ci dəqiqədə Şafranko daha bir qol vursa da, referi hesaba almayıb.
Bu nəticə komandaların turnir cədvəlində dəyişikliyə səbəb olmayıb. 5 turdan sonra qalib gələn "Sabah" 31 xalla yenə 5-ci, 2 oyundur xal itirən "Turan Tovuz" isə 36 xalla 4-cüdür.
Qeyd edək ki, açılış oyununda "Şamaxı" 4 turdan sonra "Sumqayıt"a qalib gəlib - 1:0. Qalan 3 oyun 10-11 fevralda keçiriləcək.
--------------
Misli Premyer Liqasının XXII turunda “Şamaxı” evdə “Sumqayıt”ı məğlub edib.
Sportnet.az xəbər verir ki, Şamaxı şəhər stadionunda baş tutan görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Yeganə qolu 60-cı dəqiqədə Brahim Konate vurub.
Bu nəticədən sonra xallarının sayını 20-yə çatdıran bölgə təmsilçisi turnir cədvəlində 8-ci pilləyə yüksəlib. “Sumqayıt” isə 22 xalla altıncıdır.
Qeyd edək ki, günün son matçı “Bank Respublika Arena”da “Sabah”la “Turan Tovuz” arasında baş tutacaq. Turun digər görüşləri fevralın 10-da və 11-də keçiriləcək.
---------------------------------------
Misli Premyer Liqasında XXII tura bu gün, iki oyunla start veriləcək.
Sportnet.az xəbər verir ki, əvvəlcə “Şamaxı” evdə “Sumqayıt”ı qəbul edəcək.
Şamaxı şəhər stadionunda keçiriləcək görüş saat 14:30-da başlayacaq. “Sumqayıt” hazırda turnir cədvəlində 22 xalla 6-cı pillədədir. 17 xala malik “Şamaxı” isə doqquzuncudur.
Günün son matçı “Bank Respublika Arena”da “Sabah”la “Turan Tovuz” arasında baş tutacaq. İnqilab Məmmədovun idarəçilik edəcəyi görüşün start fiti saat 17:00-da səsləndiriləcək. 36 xala malik “Turan Tovuz” hazırda turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. “Sabah” isə 28 xalla beşincidir.
Misli Premyer Liqası
III dövrə, XXII tur
9 fevral
14:30. “Şamaxı” – “Sumqayıt” - 1:0
Qol: Brahim Konate, 60
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əli Əliyev.
VAR: Tural Qurbanov.
AVAR: Teymur Teymurov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Şamaxı şəhər stadionu
17:00. “Sabah” – “Turan Tovuz” - 2:1
Qollar: Pavol Şafranko, 50 (penalti). Cesse Sekidika, 59 - Aleks Souza, 15
Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Elvin Bayramov.
VAR: Cavid Cəlilov.
AVAR: Eyyub İbrahimov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Azər Əsgərov.
“Bank Respublika Arena”
Qeyd edək ki, turun digər görüşləri fevralın 10-da və 11-də keçiriləcək.