![](https://sportnet.az/uploads/posts/2025-02/medium/1739082236_67bff281-4c4e-3b76-bc17-abce8bb74657_850.jpg)
"Brayton" İngiltərə Kubokunun dördüncü raundunda evdə "Çelsi"ni 2:1 hesabı ilə məğlub edib.
Sportnet.az xəbər verir ki, qalib komandanın qollarını Jorjinyo Rutter (12-ci dəqiqə) və Kaoru Mitoma (57) vurub.
Matçın 5-ci dəqiqəsində "Brayton"un qapıçısı Bart Verbrüggen avtoqol vurub. “Brayton”un 5-ci raunddakı rəqibi daha sonra müəyyənləşəcək.
Qeyd edək ki, "Çelsi" 8 dəfə İngiltərə Kubokunun qalibi olub. Komanda son 2018-ci ildə bu titula sahib çıxıb. “Brayton” isə ən yaxşı halda turnirin finalçısı olub. Komanda 1983-cü ildə həlledici görüşdə "Mançester Yunayted”ə uduzub.