![](https://sportnet.az/uploads/posts/2025-02/medium/1739115405_aea375dc-be4b-40a4-9219-39aab2e5e121.jpg)
"Uzun müddətdən sonra qalib gəlmək məmnunedicidir. İki qolla qələbə isə xoşdur".
Sportnet.az xəbər verir ki, bunu "Sabah”ın baş məşqçisi Vasili Berezutski Bakıda "Turan-Tovuz" komandasına 2:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XXII tur matçından sonra mətbuat konfransında deyib.
Rusiyalı mütəxəssisin sözlərinə görə, fasilə zamanı paltardəyişmə otağında sakitləşdirici danışıq olub: "Müdafiədəki səhvlərimizi aradan qaldırmağımızı istədim. Bu da nəticəsini verdi. Hələlik yarımmüdafiənin mərkəzindəki problemi aradan qaldıra bilməmişik. Əlbəttə, bəzi kadr məsələləri və zədələrlə əlaqədar dəyişikliyə gedirik. Gələn həftə hamı bizimlə olacaq və nəticədə sabitlik yaranacaq".