![](https://sportnet.az/uploads/posts/2025-02/medium/1739255088_m.jpg)
“Neftçi” Azərbaycan çempionatları tarixində 650-ci səfər qolunu vurub.
Sportnet.az xəbər verir ki, bu topa Emin Mahmudov imza atıb. O, Misli Premyer Liqasının XXII turunun “Zirə” ilə görüşündə hesabı açıb. 2:1 hesabı ilə qalib gələn “ağ-qaralar” rəqib meydanlarındakı 467-ci oyunda 651-ci qola da imza atıb.
Qeyd edək ki, ölkə çempionatlarında yalnız “Qarabağ” səfərdə daha çox qol vurub – 660 top.