![](https://sportnet.az/uploads/posts/2025-02/medium/1739339513_elvin_camalov.jpg)
“Neftçi”nin yeni transferi Elvin Camalov Azərbaycan Premyer Liqasında XXIII turun “Qarabağ”la oyununu buraxacaq.
Sportnet.az xəbər verir ki, buna səbəb fevralın 10-da keçirilən “Zirə” ilə səfər matçında 30 yaşlı futbolçunun ayağında dartılmanın olmasıdır.
Qısa zamanda "ağ-qaralar"ın əsas heyət üzvünə çevrilən Azərbaycan milli komandasının yarımmüdafiəçisi yalnız gələn həftə məşqlərə çıxa biləcək.
Qeyd edək ki, “Neftçi” - “Qarabağ” matçı fevralın 16-da keçiriləcək. “Neftçi Arena”da baş tutacaq görüş saat 19:00-da start götürəcək. (Teleqraf)