![](https://sportnet.az/uploads/posts/2025-02/medium/1739341672_227ff92c-c0b8-3408-ac1f-72b3bcf6d177_850.jpg)
Misli Premyer Liqasında 2024/2025 mövsümünün ən böyükhesablı nəticəsi təkrarlanıb.
Sportnet.az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bu, XXII turda "Qarabağ"ın "Səbail"i 5:0 hesabı ilə məğlub etdiyi matçda reallaşıb.
Mövsümdə 3-cü dəfə bir komanda 5 top fərqi ilə qələbə qazanıb. Əvvəlki iki matçda olduğu kimi, yenə “Qarabağ” fərqlənib.
Ağdam klubu 2024-cü il oktyabrın 18-də səfərdə “Kəpəz”i, dekabrın 16-da evdə “Sumqayıt”ı eyni – 5:0 hesabı ilə məğlub edib.