
“Kəpəz”in futbolçusu Turan Manafovun Azərbaycan Premyer Liqasının XIX turunda “Turan Tovuz”a vurduğu qol yanvarın ən yaxşı qolu seçilib.
Sportnet.az xəbər verir ki, bu barədə “sarı-göylər”in mətbuat xidməti məlumat verib.
27 yaşlı müdafəçinin “Turan Tovuz”la oyunun 17-ci dəqiqəsində cərimə zərbəsindən fərqləndiyi epizod "Ayın qolu" layihəsinin qalibi seçilib.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasının XIX turunda keçirilən qarşılaşmada “Kəpəz” “Turan Tovuz”u məğlub edib - 5:2.