
Azərbaycan milli komandasının futbolçusu Mahir Emreli “Nürnberq”in heyətində "Ulm" komandasına qarşı Almaniya II Bundesliqasının XXII tur matçında da iştirak etməyəcək.
Sportnet.az “Bild”ə istinadən xəbər verir ki, 28 yaşlı hücumçu hazırda kollektivdə olsa da, fərdi məşq edir. O, “Nürnberq”dən ayrılacağını komanda yoldaşlarına da bildirib.
Baş məşqçi Miroslav Kloze onun mümkün gedişini belə şərh edib: “Hər şey idman direktoru Yote Xatsialeksiudan aslıdır. Onunla maraqlananların olduğunu bilirik. Necə razılıq əldə edə biləcəyimizə baxmalıyıq. Oyunçunun özü ilə uzun müddət danışdım. O, getmək istədiyini bildirdi. Sirr deyil ki, gedişində maliyyə amili rol oynayır. Karyerasında növbəti addım atmaq niyyətindədir və bunu özü üçün bir imkan bilir. Bizə də məlumat verib".
Qeyd edək ki, fevralın 16-da keçiriləcək “Nürnberq” – "Ulm" matçı Bakı vaxtı ilə saat 16:30-da start götürəcək.