
“Neftçi” ilə “Qarabağ” arasında Azərbaycan derbisi AFFA-nın İntizam Komitəsində müzakirə olunub.
Sportnet.az xəbər verir ki, qurum Misli Premyer Liqasında XXIII turunun görüşündə yaşanan xoşagəlməz hadisələrə hüquqi qiymət verib.
“Neftçi” azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə Bakı klubu 800 manat cərimə edilib.
“Ağ-qaralar”ın azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 3-cü dəfə yaşandığına görə “Neftçi” 1000 manat cərimə ödəyəcək.
“Qarabağ” 4 futbolçusu sarı vərəqə aldığına görə 700 manat cərimələnib.
Matçın 22-ci dəqiqəsində ciddi qayda pozuntusuna birbaşa qırmızı vərəqə alan “Qarabağ”ın futbolçusu Kevin Medina 2 oyun cəzalanıb, klubunu 1500 manat ziyana salıb.
“Qarabağ” azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 3-cü dəfə yaşandığına görə klub 1000 manat cərimə edilib.