
Azərbaycan Premyer Liqasında 2025/2026-cı illər mövsümündə sonuncu yeri tutan komanda I liqaya düşəcək.
Sportnet.az xəbər verir ki, bu barədə qərar AFFA İcraiyyə Komitəsinin iclasında qəbul edilib. I Liqanın qalibi isə birbaşa yüksək dəstəyə vəsiqə qazanacaq.
Premyer Liqada 11-ci yeri və I Liqada 2-ci yeri tutan komandalar arasında neytral meydanda bir oyundan ibarət pley-off görüşü keçiriləcək. Qalib komanda Premyer Liqada iştirak hüququ əldə edəcək.