
UEFA Avropa Liqasında pley-off mərhələsinin cavab görüşləri keçirilib.
Sportnet.az xəbər verir ki, Türkiyə təmsilçilərindən "Qalatasaray" Niderlandın "AZ Alkmaar" komandasını qəbul edib. İlk oyunda 1:4 hesabı ilə uduzan "sarı-qırmızılar" evdə də qalib gələ bilməyib - 2:2.
"Fənərbağça"nın Belçikada "Anderlext"lə görüşündə də eyni hesab qeydə alınıb. Lakin "sarı-lacivərdlilər" ilk görüşdə 3:0 hesabllı qələbə qazandıqları üçün 1/8 finala yüksəliblər.
"Qarabağ"ın sabiq futbolçusu Julio Romaonun formasını geyindiği Macarıstan "Ferentsvaroş"u Çexiyada "Viktoriya Plzen"in qonağı olub. Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:0. Bununla da "Viktoriya Plzen" ilk matçdakı minimal hesablı məğlubiyyətin əvəzini çıxaraq, mərhələ adlayıb.
Rumıniyanın FCSB komandası isə Yunanıstan PAOK-unu evdə də məğlub edərək, 1/8 finala yüksəlib.
Gecənin mərkəzi görüşündə "Roma" İtaliyada Portuqaliya "Portu"sunu məğlub edib və ilk matçda heç-heçə qeydə alındığı üçün növbəti mərhələyə çıxıb.
Beləliklə, "Fənərbağça", "AZ Alkmaar", "Viktoriya Plzen", FCSB və "Roma"dan əlavə, "Büdo Qlimt" və "Real Sosyedad" da adını 1/8 finala yazdırıb. Hazırda Niderlandda "Ayaks" və Belçika "Yunion"u arasındakı qarşılaşmada isə əlavə vaxt oynanılır.
UEFA Avropa Liqası
Pley-off mərhələsi, cavab görüşləri
21:45. "Roma" (İtaliya) - "Portu" (Portuqaliya) - 3:2
İlk oyun - 1:1
21:45. FCSB Rumıniya) - PAOK (Yunanıstan) - 2:0
İlk oyun - 2:1
21:45. "Qalatasaray" (Türkiyə) - "AZ Alkmaar" (Niderland) - 2:2
İlk oyun - 1:4
21:45. "Budö Qlimt" (Norveç) - "Tvente" (Niderland) - 5:2 (ƏSAS VAXT - 3:2, ƏLAVƏ VAXT - 2:0)
İlk oyun - 1:2
00:00. "Real Sosyedad" (İspaniya) - "Midtüllann" (Danimarka) - 5:2
İlk oyun - 2:1
00:00. "Anderlext" (Belçika) - "Fənərbağça" (Türkiyə) - 2:2
İlk oyun - 0:3
00:00. "Ayaks" (Niderland) - "Yunion" (Belçika) - 1:2 (ƏSAS VAXT - 0:2, ƏLAVƏ VAXT - 1:0)
İlk oyun - 2:0
00:00. "Viktoriya Plzen" (Çexiya) - "Ferentsvaroş" (Macarıstan) - 3:0
İlk oyun - 0:1.