
AFFA-nın bayrağı altında təşkil edilən AFFA U-15, AFFA U-16, AFFA U-17 və AFFA Gənclər Liqasının həftəsonu keçirilməsi planlaşdırılan oyunları təxirə salınıb.
Sportnet.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, səbəb qeyri-sabit hava şəraitidir.
Daha öncə 14 yaşadək bütün liqalarda da oyunlar təxirə salınıb.