
Peşəkar Futbol Liqası Premyer Liqanın XXIV turunda təxirə salınan "Zirə" - "Kəpəz" oyunu ilə bağlı açıqlama yayıb.
Sportnet.az xəbər verir ki, PFL-in sosial şəbəkə hesabında paylaşılan açıqlamada deyilir:
"Zirə İdman Kompleksinin ot örtüyü səhər saatlarından etibarən bütün lazımi tədbirlərin görülməsi nəticəsində “Zirə” – “Kəpəz” matçının keçirilməsi üçün hazır vəziyyətə gətirilsə də, oyunöncəsi qar yağışı şiddətini artırıb. Nəticədə qarşılaşmanın baş tutması üçün minimal imkanlar belə əlçatmaz olub. Matçın baş hakimi Rauf Cabbarov meydançanı təftiş etdikdən sonra oyunun təxirə salınması barədə qərar qəbul edib. Oyunun yeni tarixi ilə bağlı əlavə məlumat veriləcək".