
Şotlandiyanın "Reyncers" klubu baş məşqçi Filipp Klemenlə yollarını ayırıb.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 51 yaşlı belçikalı mütəxəssis Şotlandiya çempionatının XXVII turunda "Sent Mirren"ə məğlubiyyətdən (0:2) sonra vəzifəsindən qovulub.
Klemen 2023-cü ilin oktyabrından "Teddi Ayıları"nın sükanı arxasında idi.
Qeyd edək ki, "Reyncers" Şotlandiya çempionatının lideri "Seltik"dən 13 xal geri qalaraq, turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. Komanda UEFA Avropa Liqasının 1/8 final mərhələsində Türkiyənin "Fənərbağça" klubu ilə qarşılaşacaq.