
Futbol üzrə İspaniya Kubokunda "Barselona" və "Atletiko" arasında keçirilmiş yarımfinal mərhələsinin ilk oyununda qol sayı üzrə XXI əsrin statistik rekordu müəyyənləşdirilib.
Sportnet.az Opta Sport-a istinadən xəbər verir ki, iki komandanın qarşılaşmalarında sonuncu dəfə 8 və daha çox qol 1997-ci ildə vurulub. Həmin vaxt 1/4 final matçında "Barsa" qələbə qazanıb - 5:4.
Bu gecə keçirilmiş matçda isə tərəflər hərəyə 4 dəfə fərqləniblər.
Qeyd edək ki, cavab görüşü aprelin 2-də Madriddə olacaq. Digər yarımfinalda isə "Real Sosyedad" və "Real Madrid" üz-üzə gələcək.