
UEFA Çempionlar Liqasında (ÇL) 1/8 final mərhələsinin ilk matçlarına yekun vurulub.
Sportnet.az xəbər verir ki, son oyun günündə 4 qarşılaşma keçirilib.
Günün ilk oyununda “Feyenoord” Niderlandda İtaliya “İnter”ini sınağa çəkib. Pley-offda “Milan”ı üstələmiş Niderlend təmsilçisi bu dəfə məğlubiyyətə düçar olub. "İnter" Markus Türan və Lautaro Martinesin qolları ilə 1/4 finala vəsiqəni böyük ölçüdə təmin edib.
Münhendə iki Almaniya klubu – “Bavariya” və “Bayer” üz-üzə gəlib. Bu görüşdə isə meydan sahibləri böyük hesabla qalib gəliblər. Qollardan ikisini Harri Keyn, digərini Camal Musiala vurublar.
ÇL-in favoritləri sırasında yer alan İspaniya “Barselona”sı Portuqaliyada “Benfika”nın qonağı olub. Qarşılaşma "Barselona"nın qələbəsi ilə yekunlaşıb. Yeganə qolu Rafinya vurub.
Nəhayət, gecənin maraqla gözlənilən qarşılaşmasında PSJ Fransada İngiltərə "Liverpul"una yenilib. Qolun müəllifi isə 87-ci dəqiqədə Harvi Elliott olub.
UEFA Çempionlar Liqası
1/8 final, ilk oyunlar
21:45. “Feyenoord” (Niderland) – “İnter” (İtaliya) - 0:2
Qollar: Markus Türam, 38. Lautaro Martines, 50
00:00. “Bavariya” (Almaniya) – “Bayer” (Almaniya) - 3:0
Qollar: Harri Keyn, 9; 75. Camal Musiala, 54
Qırmızı vərəqə: Nordi Mukiele, 62 ("Bayer")
00:00. “Benfika” (Portuqaliya) – “Barselona” (İspaniya) - 0:1
Qol: Rafinya, 61
00:00. PSJ (Fransa) – “Liverpul” (İngiltərə) - 0:1
Qol: Harve Elliott, 87
Xatırladaq ki, 1/8 final mərhələsinin ilk görüşlərindən 4-ü martın 4-də keçirilib.