
Bu il Bakıda keçiriləcək minifutbol üzrə dünya çempionatının iştirakçılarının püşkatma mərasimindəki səbətləri bəlli olub.
Sportnet.az xəbər verir ki, Azərbaycan millisi martın 12-də təşkil olunacaq püşkatmaya 1-ci səbəbtdən qoşulacaq.
Bu səbətdə yığmamızla yanaşı, Rumıniya, Qazaxıstan, Serbiya, Macarıstan, Meksika, Çexiya və Slovakiya da yer alır.
1-ci səbət: Rumıniya, Qazaxıstan, Serbiya, Macarıstan, Meksika, Çexiya, Slovakiya, Azərbaycan;
2-ci səbət: Bolqarıstan, Monteneqro, ABŞ, Fransa, Ukrayna, Gürcüstan, Mavritanıya, Qana;
3-cü səbət: İngiltərə, Portuqaliya, Bosniya və Herseqovina, Tailand, BƏƏ, Çad, İspaniya, Sloveniya;
4-cü səbət: Polşa, Hindistan, Türkiyə, Kosta Rika, İsrail, Bəhreyn, Özbəkistan, Argentina.
Qeyd edək ki, dünya çempionatının tarixi hələ dəqiqləşməyib