
“Zirə” klubu məşqçi Ağabala Ramazanovla müqavilə imzalayıb.
Sportnet.az "qartallar"ın rəsmi saytına istinadən xəbər verir ki, Ramazanov bundan sonra əsas komandanın məşqçilər korpusunda yer alacaq.
Qeyd edək ki, UEFA B kateqoriyalı mütəxəssis bunadək məşqçi kimi “Zirə”nin akademiyasında çalışıb. O, həmçinin 2020 - 2022-ci illərdə futbolçu kimi “Zirə”də çıxış edib və komandanın kapitanı olub.