
"Kəpəz"in futbolçusu Trent Buhagiar Malta millisinə dəvət alıb.
Sportnet.az xəbər verir ki, bu barədə Gəncə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
27 yaşlı yarımmüdafiəçi Dünya Çempionatı 2026-nın seçmə mərhələsinin oyunları üçün yığmaya çağırılıb. Malta kollektvi G qrupunda martın 21-i evdə Finlandiya, 24-də isə səfərdə Polşa ilə qarşılaşacaq.
Qeyd edək ki, Trent Buhagiar Malta millisi ilə 3 oyunda iştirak edib.