
AFFA İntizam Komitəsi "Turan Tovuz" klubunu yenidən cəzalandırıb.
Sportnet.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, səbəb Azərbaycan Premyer Liqasında XXV turun “Zirə” ilə ev oyununda yerli azarkeşlərin meydana kənar əşya atmasıdır.
İntizam Komitəsi klubu 800 manat cərimələyib. Bu görüş "Zirə"nin qələbəsi ilə yekunlaşıb - 2:0.
Qeyd edək ki, daha əvvəl "Turan Tovuz" XXIV turun "Şamaxı" ilə səfər oyunundan əvvəl yaydığı bəyanata görə 20 000 manat məbləğində cərimə olunub.