
ABŞ prezidenti Donald Tramp 2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatına hazırlıq üçün Ağ Evdə işçi qrupunun yaradılması haqqında sərəncam imzalayıb.
Sportnet.az "Fox News"a istinadən xəbər verir ki, Tramp bu qrupun sədri olub.
ABŞ vitse-prezidenti Ceyms Devid Vens isə sədr müavini təyin edilib. İşçi qrup turnirə hazırlığa nəzarət edəcək və yarışın planlaşdırılması, təşkili və keçirilməsi ilə bağlı federal qurumlarla işləyəcək.
Mundial 2026-cı ilin iyununda başlayacaq. Turnirə ABŞ, Kanada və Meksika ev sahibliyi edəcək.
Qeyd edək ki, Azərbaycan milli komandası DÇ-2026-nın seçmə mərhələsinin D qrupunda İslandiya və Ukrayna yığmaları ilə mübarizə aparacaq. UEFA Millətlər Liqasının 1/4 final mərhələsində qarşılaşacaq Fransa - Xorvatiya cütünün qalibi də bu qrupda yer alacaq.