
Türkiyənin “Trabzonspor” komandasının yeni baş məşqçisi məlum olub.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Qara dəniz təmsilçisi tanınmış mütəxəssis Fatih Təkkəyə tapşırılıb. Onunla bağlanan müqavilənin detalları açıqlanmayıb.
Bu vəzifədə Şenol Günəşi əvəz edən yeni baş məşqçi bu gün ictimaiyyətə təqdim olunacaq.
Qeyd edək ki, F.Təkkə futbolçu kimi də “Trabzonspor” komandasında çıxış edib.