
Ermənistan Futbol Federasiyası (EFF) milli komandanın Göyçə gölünün rəngləri ilə işlənilmiş üçüncü formasını təqdim edib.
Sportnet.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, gölün ilk dəfə yığmanın ev formasında istifadə olunmuş unikal elementləri indi yeni formanın dizaynında da peyda olub.
Bu geyim EFF və "Macron" şirkətinin əməkdaşlığı nəticəsində ərsəyə gəlib. Ermənistan millisinin fərdi dizaynlı ilk ev futbolkasında Ağrı dağı təsvir olunmuşdusa, bu dəfə növbə Göyçə gölünün çoxsaylı çalarlarına yetişib.
Yığma qarşıdakı oyunlarında azarkeşləri önündə məhz belə formada çıxış edəcək.
Yeni formanın dairəvi yaxalığı və tünddən parlağa keçən müxtəlif göy çalarlara malik horizontal şüayabənzər zolaqları var. Futbolkanın dizaynı Göyçə gölünün ətrafına doğru şüaların hərəkətini ifadə edir. Dizaynı EFF və "Macron"un loqoları tamamlayır.
Formanın boyun hissəsində isə Ermənistan bayrağı əksini tapıb.