
“Elçin Məmmədov iclaslarda az iştirak edirdi”.
Sportnet.az xəbər verir ki, bunu Teleqraf-a açıqlamasında AFFA İntizam Komitəsinin(İK) sədri Erkin Hüseynov deyib.
O, Elçin Məmmədovun İK-dən ayrılmasının səbəbini belə izah edib: “Tez-tez xaricə getdiyi üçün iclaslarda az iştirak edirdi. Vaxt amilinə görə, öz ərizəsi ilə işindən ayrıldı. Başqa hər hansı problem yoxdur. Onun yerinə təyinat İcraiyyə Komitəsinin növbəti iclasında olacaq. İcraiyyə Komitəsi nə vaxt yığılacaq, onda qərar verəcək. Ola bilər aprelin 11-i, ola bilər daha tez olsun”.
Qeyd edək ki, Elçin Məmmədov AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru vəzifəsində də çalışır.