
Azərbaycan yığmasının futbolçusu Renat Dadaşovun heyətində yer aldığı “Radomyak” klubu Polşa çempionatında növbəti oyununu keçirib.
Sportnet.az xəbər verir ki, 25-ci tur qarşılaşmasında azərbaycanlı hücumçunun klubu öz meydanında “Lexiya”nı məğlub edib – 2:1.
Dadaşov start heyətində meydana çıxıb, 86-cı dəqiqədə əvəzlənib. Əvvəlki iki oyunda fəqlənən forvard bu dəfə meydanı qol vurmadan tərk edib.
"Radomyak"da çıxış edən digər azərbaycanlı futbolçu Rahil Məmmədovun adı matçın iştirak ərizəsinə daxil edilməyib.
Qeyd edək ki, “Radomyak” hazırda 31 xalla 12-ci pillədədir.